2023-cil il maliyyə hesabatı

2023-cil il maliyyə hesabatı

Posted on: 29 May, 2024

AUDİTOR HESABATI
"Hacı" Kİ MMC-nin rəhbərliyinə

RƏY

Mən, “Hacı” Kİ MMC-nin 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətinin hesabından, məcmu gəlirlər hesabından, kapitalda dəyişikliklər hesabından və göstərilən tarixdə başa çatan il üçün pul vasitələrinin hərəkəti hesabından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesablarına edilən qeydlərdən ibarət maliyyə hesablarının auditini apardım.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vasitələrinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir (və ya düzgün və ədalətli təsəvvür yaradır).

Rəy üçün əsaslar

Mən, auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabaltının “Maliyyə hesablarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesablarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən, digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Mən, hesab edirəm ki, əldə etdiyim audit sübutları rəymi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsi

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabat standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təsir olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyəti daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığını yaxud bunu etmədikdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini qiymətləndirmiş, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatları açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyəti daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəymi daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanat vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlar. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrı-ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

2023-cil il  maliyyə  hesabatı barədə ətraflı məlumatlarla bu sənəddə əksin tapmışdır:  PDF Hesabat.pdf




Share This


Comments (0)

No Comment Found

Post Your Comment