Haqqımızda

“Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması 07 Avqust 2012-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının 253-Kİ sayı ilə qeydə alınmış Xüsusi Razılıq (Lisenziya) verilməsi tarixi ilə başlayır. 

Bu xüsusi razılıq (lisenziya) ilə aşağıdakı bank fəaliyyətinin həyata keçirilməsinə icazə verilir:  “Öz üzvlərinə kreditlər vermək” 2012-ci ilin Oktyabr ayından etibarən “Hacı Kİ” MMC fəaliyyətə başlamış və ölkə iqtisadiyyatının çiçəklənməsinə öz töhfəsini vermişdir. Öz üzvlərinə kredit verməklə müxtəlif sahələrin inkişafı üçün kreditləşməsini təmin etmiş və həmçinin ittifaqa üzv olan fiziki şəxslərə müxtəlif həcmlərdə istehlak kreditləri verilmişdir. İşimizin nəticəsi olaraq dövlət büdcəsinə hər il davamlı olaraq artımlarla vergi hesablanaraq köçürülmüşdür. Əməkdaşlarımıza görə DSMF-na ödənişlər vaxtlı-vaxtında həyata keçirilmişdir.

“Hacı Kİ” MMC-nin üzvlərinin məmnunluğu ən böyük uğurumuzdur. Müasir dövrün iqtisadi çətinlikləri fonunda cəmiyyətin üzvlərinə bu çətinlikləri birlikdə keçmək əzmindəyik.

Kredit təşkilatının adı: “Hacı Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti

Əməkdaşlarımız:

  • İbadov Emil Nazim oğlu – İdarə Heyətinin sədri
  • Səfərov Ağamalı Adil oğlu – Baş Mühasib
  • Mehdiyev Samir Müqabil oğlu – Daxili Auditor
  • Allahverdiyev Rasim Alverdi oğlu – Kredit Mütəxəssisi

    Hüquqi ünvanı: Lənkəran rayonu Boladi kəndi