FAQ

Cəmiyyətin fəaliyyətinin əsas məqsədi Cəmiyyətin üzvlərinə maliyyə bazarlarında daha ucuz, məqsədli qısa və uzun müddətli kreditlər verməkdir.

Cəmiyyətə üzv olmaq istəyən fiziki və ya hüquqi şəxs İdarə Heyətinə ərizə ilə müraciət edir. Ərizədə ərizəçi Cəmiyyətin Nizamnaməsinə əməl edəcəyibarədə öhdəlik götürür, digər Kredit İttifaqının üzvü olmadığını göstərir. Ərizəyə İdarə Heyəti tərəfindən bir həftə ərzində baxılır. İdarə Heyəti üzvlüyə qəbul edilməsi haqqında ərizəyə baxarkən həmin şəxsin maliyyə vəziyyəti haqqında müvafiq sənəd tələb edə bilər ( şəxsin ödəniş qabiliyyətli olması haqqında bank arayışı, vergi orqanlarının arayışı və s.).

Cəmiyyətin üzvlüyünə bir neçə halda xitam verilir. Yalnız cəmiyyətə kredit borcu olan şəxs üzvlükdən könüllü surətdə çıxa bilməz. Qalan hallarda üzvün payı geri qaytarılmaq şərtilə üzvlükdən könüllü çıxa bilər.

Verilən kreditlərin aylıq ödənişi həm “Hacı Kİ”-nın Boladi kəndindəki ofisində, həm də “Hacı Kİ”-nin “Bank Respublika”-dakı müxbir hesabına ödənilə bilər.